Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə zərərlilik göstəricisi artıb.
Finss.az-ın Mərkəzi Bankın hesabatına əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə zərərlilik göstəricisi 77% olub. Bu dövrdə icbari sığorta üzrə yığımlar 154 milyon 173 min manat təşkil edib, sığorta ödənişləri isə 118 milyon 383 min manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 61% idi.
Fuad Mədətov
Finss.az