SIĞORTA

23 Yanvar

Azərbaycanda mülki məsuliyyət icbari sığortası üzrə yığımlar və ödənişlər artıb

Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yığımlar və ödənişlər artıb.

Finss.az-ın Mərkəzi Bankın hesabatına əsasən apardığı hesablama nəticələrinə görə, 2023-cü ilin yanvar-noyabr aylarında bu növ sığorta üzrə yığımlar 154 milyon 173 min manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 379 min manat və ya 4% artım göstərir. 2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 147 milyon 793 min manat təşkil edib.

Eyni dövrdə, sığorta ödənişləri 118 milyon 383 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 28 milyon 383 min manat və ya 32% artım deməkdir. 2022-ci ilin müvafiq dövründə isə bu növ ödənişlər 89 milyon 637 min manat təşkil etmişdi.

Fuad Mədətov
Finss.az