Azərbaycan sığorta bazarının əsas iştirakçılarından biri olan “Xalq Sığorta” şirkəti 2024-cü ilin yanvar-noyabr aylarına dair maliyyə nəticələrini açıqlayıb.
Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) həmin dövr üzrə açıqladığı hesabatına əsasən, “Xalq Sığorta” şirkətinin yığım portfeli 21,032 milyon manatı ötüb. Bu göstərici illik müqayisədə 959 min manat və ya 5% artım deməkdir.
Hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə müştərilərə ümumilikdə 9,659 milyon manat həcmində sığorta ödənişi həyata keçirilib. Ödənişlərin qanunvericiliyin tələblərinə uyğun olaraq operativ və vaxtında icra edildiyi bildirilib.
Fuad Mədətov
Finss.az