SIĞORTA

22 Yanvar

“Meqa Həyat Sığorta” yığımlarını 2,4 dəfə artıraraq sığorta bazarında liderlik qazanıb

“Meqa Həyat Sığorta” ASC 2024-cü ilin yanvar-noyabr ayları ərzindəki fəaliyyətinin nəticələrini açıqlayıb.

Finss.az xəbər verir ki, şirkət, 10 milyon 741 min manat həcmində sığorta haqqı toplayıb, bu da ötən ildən 6 milyon 334 min manat çoxdur, yəni 2,4 dəfə artım göstərir. 2023-cü ilin eyni dövründə isə yığımlar 4 milyon 407 min manat olub.

Şirkət, yığımların artım dinamikasına görə ölkədəki sığorta şirkətləri arasında liderlik mövqeyini nümayiş etdirib.

Hesabat dövründə 977 min manat sığorta ödənişi edilib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 962 min manat və ya 65,1 dəfə artım deməkdir.

Şirkətin zərərlilik göstəricisi 9% olub və bu göstərici ilə sığorta şirkətləri arasında 16-cı pillədə yer alıb.

“Meqa Həyat Sığorta” ASC 2021-ci ildə 11 milyon manat nizamnamə kapitalı ilə təsis edilib və bu dövr ərzində həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi” və “Kritik xəstəliklərdən sığorta” kimi məhsullar təklif edir.

Fuad Mədətov
Finss.az