SIĞORTA

21 Yanvar

“Meqa Sığorta”nın bazardakı mövqeyi: Yığımlar və ödənişlər üzrə müsbət dinamika

2024-cü ilin yanvar-noyabr aylarında “Meqa Sığorta” ASC 32,397 milyon manat sığorta haqqı toplayıb. Bu, şirkətin yığımlarının son bir illə müqayisədə 1,365 milyon manat, yəni 4% artdığını göstərir.

Finss.az xəbər verir ki, əvvəlki ilin eyni dövründə şirkətin yığımları 31,033 milyon manat olub. Hazırda “Meqa Sığorta” ASC sığorta şirkətləri arasında yığımların həcminə görə 6-cı, dinamikasına görə isə 12-ci yerdədir.

Hesabat dövründə şirkət müştərilərinə 14,109 milyon manat sığorta ödənişi edib ki, bu da illik müqayisədə 5,963 milyon manat və ya 74% artım deməkdir. Ötən ilin eyni dövründə sığorta ödənişləri 8,146 milyon manat olub. “Meqa Sığorta” ASC, sığorta ödənişlərinin həcminə və dinamikasına görə sığorta şirkətləri arasında 6-cı yeri tutur.

Şirkətin zərərlilik göstəricisi bu dövrdə 44% olub, ötən ilin eyni dövründə isə bu göstərici 26% idi.

Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən fəaliyyət göstərir və hüquqi və fiziki şəxslərə 35 növ könüllü və icbari sığorta məhsulları, həmçinin 100% səhmdarı olduğu “Meqa Həyat Sığorta” ASC vasitəsilə həyat sığortası xidmətləri təqdim edir. Şirkət Bakı və Azərbaycanın müxtəlif bölgələrində 16 filial və nümayəndəlik şəbəkəsi, *8778 Çağrı Mərkəzi və onlayn satış platforması ilə müştərilərinə xidmət göstərir. Sığorta yığımları, ödənişlər və məcmu kapitalın həcminə görə “Meqa Sığorta” bazarda lider şirkətlərdən biridir.

Fuad Mədətov
Finss.az