Azərbaycanda sığorta ödənişlərində ən kəskin artım qeydə alınan şirkətlər açıqlanıb.
Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq hesabatında məlumat yer alır.
Hesabata əsasən, 2024-cü ilin 11 ayı ərzində aşağıdakı sığorta şirkətləri ödənişlərində əhəmiyyətli artımla seçiliblər:
- "Meqa Həyat Sığorta" – Ödənişlərdə 65,1 dəfə və ya 962 min manat artım müşahidə olunub.
- "Atəşgah Həyat" Sığorta Şirkəti – Ödənişlər 2,1 dəfə (26,8 milyon manat) artıb.
- "Aqrar Sığorta" ASC – Ödənişlərdə 2,1 dəfə (2,9 milyon manat) artım qeydə alınıb.
- "Xalq Həyat" Sığorta Şirkəti ASC – Ödənişlər 79% və ya 2,4 milyon manat artıb.
- "Qala Sığorta" – Müştərilərə ödənilən məbləğ 76% (6,6 milyon manat) artıb.
- "Meqa Sığorta" – Ödənişlərdə 73%, başqa sözlə, 6 milyon manat artım qeydə alınıb.
- "Atəşgah" Sığorta Şirkəti – Ödənişlər 60% və ya 9,1 milyon manat artıb.
- "Paşa Həyat Sığorta" – Ödənişlərin məbləği 59% (144,3 milyon manat) artıb.
- "Paşa Sığorta" – Ödənişlərdə artım 44% və ya 39,2 milyon manat təşkil edib.
Bu göstəricilər, ölkədə sığorta sektorunda son dövrlərdəki dinamik inkişafı və müştərilərə göstərilən xidmətlərin genişləndiyini əks etdirir.
Fuad Mədətov
Fins.az