Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta ödənişlərinin ümumi məbləği 694,1 milyon manat təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Məlumata görə, ən yüksək ödəniş həyata keçirən sığorta şirkətləri bunlardır:
- "Paşa Həyat Sığorta" – 389,7 milyon manat
- "Paşa Sığorta" – 128,7 milyon manat
Bundan əlavə, digər şirkətlərin ödəniş göstəriciləri belədir:
- "Atəşgah Həyat" Sığorta Şirkəti – 50,2 milyon manat
- "Atəşgah" Sığorta Şirkəti – 24,5 milyon manat
- "Qala Sığorta" – 15,3 milyon manat
- "Meqa Sığorta" – 14,1 milyon manat
Hesabat dövründə ən aşağı sığorta ödənişini isə "İpək Yolu Sığorta" (cəmi 248 min manat) həyata keçirib.
Fuad Mədətov
Finss.az