Finss.az - 2024-cü ildə Aqrar Sığorta Fondu 6,4 milyon manat sığorta ödənişi həyata keçirib.
Bu barədə Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova bildirib. O, qeyd edib ki, bu, 2023-cü illə müqayisədə 45,5% artım olub.
Artımın səbəbi olaraq iqlim dəyişiklikləri fonunda baş verən hadisələr göstərilib. Bu ilin ilk 10 günündə isə 500 min manata yaxın sığorta ödənişi həyata keçirilib.
Fond rəsmisi əlavə edib ki, ötən il bağlanmış sığorta müqavilələrinin sayı 11%, fermerlərin sayı isə 38%-ə yaxın artıb. Bu, fermerlərin aqrar sığortaya olan marağının getdikcə artdığını göstərir.