Finss.az - Azərbaycanın sığorta bazarının aparıcı iştirakçılarından olan «Azərbaycan Sənaye Sığorta» şirkəti 2024-cü ilin 11 ayında 23 milyon 317 min manat sığorta haqqı toplayıb.
Bu məlumat Mərkəzi Bankın açıqladığı aylıq hesabatına istinadən verilib. Əvvəlki ilin sonu ilə müqayisədə sığorta şirkətinin yığımları 4 milyon 987 min manat və ya 27% artıb. 2023-cü ilin yanvar-mart aylarında isə şirkət 18 milyon 830 min manat sığorta haqqı toplamışdı.
Hesabat dövrü ərzində «Azərbaycan Sənaye Sığorta»nın ödənişləri 10 milyon 916 min manat təşkil edib. Bu ödənişlər ölkənin müxtəlif bölgələrində baş vermiş hadisələr nəticəsində sığorta üzrə təzminatların həyata keçirilməsini əhatə edir.