Finss.az - Azərbaycanın tanınmış sığorta şirkətlərindən biri olan "Xalq Həyat" Sığorta Şirkəti, 2024-cü ilin yanvar-noyabr ayları ərzində 10 milyon 230 min manatlıq sığorta haqqı toplayıb.
Bu barədə Mərkəzi Bankın hesabatına qeyd olunur. Şirkətin satış komandası tərəfindən toplanan bu məbləğ, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 230 min manat və ya 14% artım göstərib.
Hesabat dövründə "Xalq Həyat" tərəfindən müştərilərə verilən sığorta ödənişlərinin həcmi 5 milyon 558 min manata çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 449 min manat, başqa sözlə, 79% artım təşkil edir. Bu artım şirkətin müştərilərə daha çox fayda təmin etmək üçün güclü ödəniş qabiliyyətini və sığorta bazarında etibarını göstərir.
"Xalq Həyat" sığorta şirkəti, Azərbaycanın sığorta bazarında müştəri yönümlü yanaşması ilə seçilir. Şirkət yalnız korporativ müştərilərlə deyil, eyni zamanda fərdi müştərilərə də sərfəli sığorta məhsulları təqdim edir. Müştərilərin ən çox müraciət etdiyi sığorta növləri arasında "Kredit götürən şəxslərin həyat sığortası", "Həyatın yaşam sığortası", "Sağalmaz xəstəliklərdən sığorta", "Fərdi həyat sığortası", "Qrup halında sığorta" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta" növləri yer alır.
"Xalq Həyat" sığorta şirkətinin sağlam sığorta portfeli, bu növlərdən əldə olunan daxilolmalar nəticəsində formalaşıb. Şirkət, müştərilərinə ən sərfəli şərtlərlə xidmət təqdim edərək, həyat sığortası sahəsində lider olmağa davam edir.
Xatırladaq ki, "Xalq Həyat" sığorta şirkəti 27 mart 2019-cu ildən fəaliyyət göstərir və 5 illik lisenziya əsasında bazara ən sərfəli şərtlərlə könüllü sığorta məhsulları təqdim edən ilk həyat sığortası şirkətlərindən biridir.