Finss.az - Bu ilin yanvar-noyabr aylarında "AtaSığorta" ASC-nin yığımları 9 milyon 514 min manat təşkil edib.
Mərkəzi Bankın hesabatına əsasən, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 569 min manat, yəni 5% artmışdır. 2023-ci ilin yanvar-noyabr aylarında şirkət 8 milyon 945 min manat yığım əldə etmişdi.
Hesabat dövrü ərzində, AtaSığorta ASC müştəriləri sığorta hadisələri nəticəsində meydana gələn zərərlərdən də qoruyub. Şirkət tərəfindən bu məqsədlə ödənilən sığorta məbləği ümumilikdə 3 milyon 967 min manat olub. Bu rəqəm əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 71 min manat və ya 37% artmışdır.
Sığorta ödənişləri qanunvericiliyə uyğun olaraq vaxtında və operativ şəkildə həyata keçirilib. Şirkət, həmçinin fiziki və hüquqi şəxslərə geniş çeşiddə sığorta xidmətləri təqdim edir.