SIĞORTA

24 Dekabr

Vəfat edən şəxsin kredit borcu şirkət tərəfindən ödənildi

 

“PAŞA Həyat Sığorta” ASC növbəti böyük həcmli sığorta ödənişini həyata keçirib.

Finss.az xəbər verir ki,ölkədə fəaliyyət göstərən kommersiya banklarının birindən kredit götürmüş şəxsin səhhətində yaranmış xəstəlik onun vəfat etməsi ilə nəticələnib.

İpoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 51 631 manat qalıq borc məbləği “PAŞA Həyat Sığorta” ASC tərəfindən aidiyyəti üzrə ödənilib.
 

Kaira Agayeva 
Finss.az