Sığorta bazarında 30 ilə yaxın uğurla fəaliyyət göstərən A-Qroup, 2024-cü ilin üç rübü üzrə yekunları açıqlayıb.
Bu barədə Finss.az-a şirkətdən məlumat verilib.
Korporativ tibbi sığorta sahəsində lider olan A-Qroup, növbəti dəfə tibbi sığorta üzrə premiyaların artımını nümayiş etdirdi. 2024-cü ilin ilk doqquz ayında tibbi sığorta üzrə yığımlar 9 101 735,47 AZN təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 734 042,98 AZN-dən çoxdur. Bu isə premiyaların 23,5%-dən çox artdığını göstərir və A-Qroup-un sığorta xidmətlərinə olan yüksək tələbatı təsdiq edir.
Cari ilin müsbət dinamikasına əsaslanaraq, A-Qroup gələcəkdə sığorta yığımlarının daha da artacağını gözləyir. Şirkət yeni məhsulların inkişafına, müştəri bazasının genişləndirilməsinə və xidmət keyfiyyətinin artırılmasına investisiya yatırmağa davam edəcək ki, bu da müştərilərin yüksək gözləntilərinə cavab verərək, şirkətin sənayedə lider mövqeyini möhkəmləndirəcək.
A-Qroup şirkəti müştərilərinə göstərdikləri etimada görə təşəkkür edir və hər bir müştərinin sağlamlığı və rifahını qorumağa yönəlmiş keyfiyyətli xidmətlərin göstərilməsini davam etdirəcəyinə zəmanət verir.
Kaira Agayeva
Finss.az