2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9,5% artaraq 833 milyon 851 min manata çatıb.
Finss.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sığorta ödənişlərinin həcmi 55,6% artaraq 440 milyon 192 min manata yüksəlib.
Sığorta bazarının zərərlilik göstəricisi də artıb. Ötən ilin ilk 7 ayında toplanmış hər 100 manat sığorta haqqının 37,1 manatı ödəniş olaraq həyata keçirilmişdirsə, bu ilin eyni dövründə bu rəqəm 52,8 manata yüksəlib.
Fuad Mədətov
Finss.az