SIĞORTA

12 Avqust

“Meqa Həyat”ın Müşahidə Şurasına yeni üzv, İdarə Heyətinə yeni sədr təyin edilib

“Meqa Həyat Sığorta” ASC-nin Müşahidə Şurasına yeni üzv seçilib, İdarə Heyətinə isə yeni sədr və üzv təyin edilib.

Finss.az xəbər verir ki, ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cəmil Nəzərov Məhəmməd oğlu Müşahidə Şurasının üzvü seçilib. O bu vəzifədə Gündüz Rzayev Səməd oğlunu əvəz edib.

C.Nəzərov buna qədər “Meqa Həyat”ın İdarə Heyətinin sədri idi.

Digər qərarlara əsasən, Emil Ağamaliyev İsbəndiyar oğlu İdarə Heyətinin sədri, Tural Məmmədxanov Əhmədxan oğlu isə İdarə Heyətinə üzv seçilib (Banker.az).