SIĞORTA

05 Avqust

"A-Qroup"dan müştəriləri üçün referal proqram

İndi "A-Qroup" Sığorta Şirkətinin müştəriləri yaxınlarına hədiyyə özləri edə bilərlər.

Finss.az xəbər verir ki, “A-Qroup”da avtomobilinizi KASKO ilə sığortalayaraq, sizə yaxın olan üç nəfərlə - dostunuz və ya qohumunuz ilə - gələn KASKO üçün müraciət edərkən 10% endirim əldə edə biləcəklər.

Lakin "A-Qroup"dan KASKO sığortası almağın faydaları sadəcə endirimlə məhdudlaşmır. Avtomobilinizi "A-Qroup”da sığortalamaqla siz şirkəti rəqiblərindən fərqləndirən bir sıra üstünlüklər və əlavə imtiyazlar əldə edirsiniz:

  • Sərfəli qiymət
  • Müasir çağrı mərkəzi (24/7)
  • Sizin günahınız olmadan baş verən hadisələrdə 0 AZN azadolma məbləği
  • “A-Qroup Mobile Concierge” mobil təminatında SOS düyməsini basmaqla hadisə yerinin qeolokasiyası və qəza komissarının dərhal hadisə yerinə çağırılması
  • Hadisə yerində ilk təcili tibbi yardım göstərmək üçün MediClub-dan Təcili Tibbi yardım xidməti
  • Pulsuz evakuasiya xidməti
  • Sığorta haqqının hissəli şəklində ödəmə imkanı
  • TAKSİ xidməti - YNH-si nəticəsində nəqliyyat vasitənizin servisdə təmiri zamanı A-Qroup Sizi taksi xidməti ilə təmin edir
  • DrOn – onlayn tibbi konsultasiyalara illik abunə
  • RADİUS təkər mərkəzindən 15% ENDİRİM-YIĞIM KARTI
  • Sığorta hadisələrinin tənzimlənməsi üçün minimum şərtlər
  • Lazımi sənədlərin toplanması və icrası
  • Təklif olunan servis mərkəzlərində yüksək keyfiyyətin mövcudluğu

“A-Qroup”dan KASKO avtomobiliniz üçün inam, rahatlıq və qənaət etmək üçün əla bir fürsətdir.

“A-Qroup” Sığorta Şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət 29 il sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. “A-Qroup” Sığorta Şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.