İpoteka və Kredit Zəmanət Fondu daşınmaz əmlakın könüllü və icbari sığortası, eləcə də daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Fins.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.
Qalib şirkətə 4 milyon 804,6 min manat ödəniləcək.
Sığorta xidməti çərçivəsində dəyəri 1 milyard 762 milyon 940,7 min manat olan 14 261 daşınmaz əmlak (o cümlədən Bakıda 2 604 ədəd, Sumqayıtda 5 608 ədəd, Xırdalanda isə 6 049 ədəd) 3 il müddətinə adı çəkilən sığorta növləri üzrə sığortalanacaq.
Fuad Mədətov
Fins.az