Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi kasko sığortası üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, kotirovkada iştirak haqqı 10 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 19-u saat 16:00-a qədər Mərkəzin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları, 117C ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 19-u saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.
Kaira Agayeva
Fins.az