SIĞORTA

02 İyul

“AzSığorta”nın sığorta ödənişi 6,1 dəfə azalıb

2024-cü ilin yanvar-may aylarında “AzSığorta” ASC-nin sığorta ödənişi 607 min manat olub.

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə -3 105 min manat və ya 6,1 dəfə azalıb.

Fuad Mədətov
Fins.az