SIĞORTA

20 İyun

Son 3 ilin göstəricilərinə əsasən sığorta sektorun cəmi aktivləri 34.2% artıb - Taleh Kazımov

Son illərdə sığorta sektorunda davamlı institutsional islahatlar həyata keçirilib, infrastruktur xeyli təkmilləşdirilib və əhəmiyyətli nəticələr əldə edilib.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

O, sığorta sahəsi üzrə müşahidə olunan müsbət dinamikanın olduğunu bildirib:

“Son 3 ilin göstəricilərinə əsasən sektorun cəmi aktivlərində artım 34.2%, cəmi kapitalında artım isə 7.7% təşkil edib. Bu dövrdə sığorta haqları da 494 milyon manat artaraq 1 milyard 222 milyon manatı keçib. Sığorta ödənişləri isə analoji dövrdə 26.3% artaraq 587 milyon manata çatıb. Sığorta bazarının həcmi Ümumi Daxili Məhsulun 1%-ni ötüb”.

T.Kazımov onu da qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olub:

“Bu dövrdə də əhalinin və biznesin maddi rifahının gücləndirilməsi istiqamətində bir sıra islahatlar həyata keçirilir. İqtisadi inkişafda maliyyə sektoru xüsusilə də sığorta sektoru mühüm rol oynamaqdadır”.

Fuad Mədətov
Fins.az