SIĞORTA

20 İyun

Azərbaycanda beynəlxalq sığorta forumu keçirilir

Bu gün "Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2024"ə start verildi.

Fins.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə beynəlxalq "Xprimm" şirkətinin təşkilatçılığı ilə keçirilən "Azərbaycan Beynəlxalq Sığorta Forumu - 2024"-də Mərkəzi Bankın sədri Taleh Kazımovun, Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin və digər dövlət rəsmilərinin açılış nitqləri nəzərdə tutulub.

İki gün davam edəcək Forumda avtonəqliyyat və sağlamlıq sığortaları, habelə iqlim risklərinin idarə edilməsində sığortanın rolu kimi lokal və qlobal sığorta bazarları üçün aktual olan mövzular ətrafında panel müzakirələri aparılacaq.

Fuad Mədətov
Fins.az