SIĞORTA

31 May

PAŞA Sığorta mülki aviasiya işçilərinə və ailələrinə özəl kampaniya elan edir!

2 İyun Mülki aviasiya işçilərinin peşə bayramı münasibətilə bütün fərdi könüllü sağlamlıq sığortası məhsullarına endirim kampaniyası elan edir.

Fins.az xəbər verir ki, 30 may-5 iyun tarixlərini əhatə edəcək kampaniya çərçivəsində “Ailə Dostu”, “SağlamSən” və ya “Kompakt” könüllü sağlamlıq sığortası məhsullarından hər hansı biri üçün mülki aviasiya işçilərinə və onların ailə üzvlərinə özəl 20 % endirim təklif edirik.

Kampaniya şərtləri barədə ətraflı məlumat üçün //cutt.ly/Tetu8r3F  linkinə keçid edə bilərsiniz.

Qeyd edək ki, könüllü sağlamlıq sığorta məhsulu əldə edən müştərilər qabaqcıl özəl klinikalarda və tibbi müəssisələrdə təcili vaksinasiya, fizioterapiya, müalicəvi masaj, stomoloji yardım kimi xüsusi təminatlar və digər tibbi xidmətlərdən yararlana bilərlər.

“Ailə Dostu” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün //cutt.ly/zetu9rzE, “SağlamSən” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün //cutt.ly/Qetu9la4, “Kompakt” fərdi könüllü sağlamlıq sığortasına müraciət üçün isə //cutt.ly/petu3L0b linkinə keçid edə bilərsiniz. Həmçinin, *7000 – Sığorta Məsləhətləri Xətti ilə əlaqə saxlaya bilərsiniz. Bununla yanaşı, PAŞA Sığorta şirkətinin rəsmi Facebook (//www.facebook.com/pasha.insurance/) və ya Instagram //www.instagram.com/pasha_insurance/) səhifələri üzərindən müraciət edə bilərsiniz.

Hazırda qeyri-həyat sığortası üzrə bazar payına görə lider olan PAŞA Sığorta şirkəti 2006-cı ildən etibarən fəaliyyət göstəririr. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 700.000-ə yaxın korporativ və fərdi müştərisinə könüllü və icbari sığorta növləri üzrə 36-dan artıq xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Fuad Mədətov
Fins.az