Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan MR Dövlət Sığorta Xidmətinə hər hansı lisenziya verməyib.
Fins.az xəbər verir ki, bunu AMB-nin baş direktoru Ziya Əliyev uçot dərəcəsinin parametrlərində dəyişikliklərlə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, adıçəkilən qurum muxtar respublikanın Ali Məclisinin keçmiş sədrinin 2021-ci ildə imzaladığı sərəncamla yaradılıb və onun fəaliyyəti ilə bağlı qərar qanunvericilik çərçivəsində qəbul edilməlidir.
Fuad Mədətov
Fins.az