Fevral ayının sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-fevral aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Sığorta” (81,11 milyon manat), “PAŞA Həyat Sığorta” (67,581 milyon manat), “Qala Sığorta” (13,391 milyon manat), “Aqrar Sığorta” (9,04 milyon manat) və “Atəşgah Həyat Sığorta” (8,223 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 81,1%-i bu şirkətlərin payına düşüb.
Cari ilin yanvar-fevral aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (32,888 milyon manat), “PAŞA Sığorta” (11,669 milyon manat), “Xalq Sığorta” (5,442 milyon manat), “Atəşgah Həyat Sığorta” (3,755 milyon manat) və “Atəşgah Sığorta” (2,845 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 80,3%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-fevral aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1,1% təşkil edib.
Fuad Mədətov
Fins.az