““PAŞA Sığorta”nın 2022-ci il üzrə yekun satış hesabatına 3 əsas məhsul üzrə nəzər salmaq istərdim. Ötən il avtomobil, əmlak və tibbi sığorta məhsulları üzrə satışlarımızda artım olmuşdur.”
Fins.az-ın məlumatına görə, bunu “PAŞA Sığorta” şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova deyib. O, qeyd edib ki, bu, sözügedən sığorta növlərinin populyarlığı ilə bağlı deyil, həm də qoyulan məqsədə çatmaq üçün sistemli fəaliyyətimizin nəticəsidir:
“2021-ci il ilə müqayisədə ötən il fərdi sığorta istiqamətində həyata keçirdiyimiz layihələrin və təşəbbüslərin nəticəsi olaraq tibbi sığorta üzrə 144%, əmlak sığortası üzrə 64%, avtomobil sığortası üzrə 16% artımı xüsusilə vurğulamaq istərdim.”
Ü.Cabbarova onu da vurğulayıb ki, xüsusilə yeni müştərilərin cəlb edilməsinə hədəflənən yeni məhsullar, marketinq kampaniyaları, rəqabətli tariflər, eləcə də müştərilərlə xidmət və kommunikasiyanın keyfiyyətinin artırılması istiqamətində görülən işlərin təsiri böyükdür.
Zəminə Hüseyn
Fins.az