SIĞORTA

06 May

Sünnət icbari tibbi sığorta zərfinə daxildir? - AÇIQLAMA

Sünnət də icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat katibi Aynurə Əhmədova deyib.

O bildirib ki, eyni zamanda MRT, rentgen, ultrasəs müayinələr icbari tibbi sığorta zərfində yer alır:

“Bu müayinələr “check up” müayinə kimi deyil, həkim göstərişi ilə ödənişsiz həyata keçirilir”

Qeyd edək ki, təqaüdçülər də icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edə bilərlər.