SIĞORTA

30 Aprel

Sosial sığorta haqları üzrə vergi daxilolmaları proqnozuna 113,6 faiz icra edilib

Cari ilin yanvar-mart aylarında əmək bazarında şəffaflaşma prosesləri nəticəsində işçi sayının və əməkhaqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə vergi daxilolmaları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 895,3 milyon manat təşkil edib, proqnoz 113,6 faiz icra olunub.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən bildirilib ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 faiz artıb, proqnoza 115,9 faiz əməl edilib.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 faiz yerinə yetirilib.

Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 faiz artıb, proqnoz 110,9 faiz icra edilib.