SIĞORTA

22 Aprel

Bu sığorta şirkətlərinin mənfəət vergisi ödəmələri 1 milyon manatdan çoxdur

Azərbaycan Mərkəzi Bankından bu il lisenziya almış “Meqa Həyat Sığorta” ASC istisna olmaqla, ölkədə fəaliyyət göstərən 19 sığorta şirkətindən 4-ü ötən il mənfəət vergisi ödəməyib.

Fins.az xəbər verir ki, Renkinqə görə bu, bazara ötən il daxil olmuş "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”), eləcə də “Xalq Həyat Sığorta” və “Xalq Sığorta” ASC-lərdir.

Qalan 15 şirkət isə müxtəlif məbləğlərdə mənfəət vergisi ödəyib. Onlardan 4-də sözügedən göstərici 1 milyon manatdan çoxdur. Həmin sığorta şirkətləri “PAŞA Sığorta” (8,564 milyon manat), “PAŞA Həyat Sığorta” (7,706 milyon manat), “Meqa Sığorta” (1,432 milyon manat) və “Atəşgah Həyat Sığorta” (1,246 milyon manat) ASC-lərdir.

Qalan 11 sığorta şirkətindən 9-nun mənfəət vergisi ödəmələri 100 min manat - 1 milyon manat arasında, 2 şirkətin mənfəət vergisi ödəmələri isə 100 min manatdan azdır.