SIĞORTA

31 Mart

Azərbaycanda könüllü sığorta 5%, icbari sığorta isə 37% azalıb

Bu ilin yanvar-fevral ayında Azərbaycanda həyat sığortası növlərinin hesabına 46,131 milyon manat sığorta haqqı toplanılıb.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-fevral ayına nisbətən 13,3% çoxdur.

Ötən 2 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 114,314 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 23,8% azdır.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,4 dəfə artaraq 51,591 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 73,4% artaraq 48,579 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-fevral aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 111,8 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 42,5 manat müştərilərə geri ödənilib.

Bu rəqəmlər 2020-ci ilin yanvar-fevral aylarında müvafiq olaraq 52,3 manat və 18,7 manat olub.