SIĞORTA

30 Mart

“Atasığorta”nın xalis mənfəəti 12% artıb

“Atasığorta” ASC 2020-ci ili 744 min manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-ci ilə nisbətən 12,2% çoxdur. Ötən il “Atasığorta”nın gəlirləri 18,981 milyon manat (illik müqayisədə 28,05% az), xərcləri 18,095 milyon manat (29,6% az), mənfəət vergisi ödəmələri isə 142 min manat (7,3 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Atasığorta”nın aktivləri 21,961 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,85% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 21,5% azalaraq 11,448 milyon manata düşüb, balans kapitalı isə 7,6% artaraq 10,513 milyon manata çatıb.