SIĞORTA

19 Mart

Qlobal kibersığorta bazarının həcmi açıqlanıb

2020-ci ildə qlobal kibersığorta bazarının həcmi 7,8 milyard dollar təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Markets AndMarkets məlumat yayıb.

Məlumata görə, kibersığorta bazarının həcmi 2025-ci ilə qədər 20,4 milyard dollara çatacaq.

İllik artımın 21.2% olacağı gözlənilir.