SIĞORTA

11 Mart

Azərbaycanda daha bir sığorta şirkətinin lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Rəvan Sığorta” ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.

Fins.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, könüllü müraciət əsasında qəbul olunub.