SIĞORTA

26 Fevral

"Aqrar sığorta"nın sədri istefa verdi - FOTO

"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açiq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin Sədri Azər Kərimov Əvəz oğlu  öz ərizəsinə əsasən vəzifəsindən istefa verib. 

Fins.az xəbər verir ki, bu barədə mubahise.az-a Azər Kərimov özü məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl şirkət səhmdarlarının 30 mart tarixində növbədənkənar yığıncağının keçiriləcəyi və sədrin maliyyə hesabatı verəcəyi açıqlanmışdı.

​​​“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyəti (ASC) ölkədə qeyri-həyat sığortası sahəsində fəaliyyət göstərən və ASC-nin fəaliyyətində iştirak etmək niyyətini bildirən 7 şirkət tərəfindən təsis edilib.

Şirkət 31 avqust 2020-ci il tarixində dövlət qeydiyyatına alınıb.

 “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin nizamnamə fondu 2 187.5 min manat həcmində müəyyən edilib. Hər bir təsisçinin payı 312.5 min manat nəzərdə tutulub.

Müştərək şirkətin təsisçiləri – “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Xalq Sığorta” ASC, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC şirkətləridir.

 A.Kərimov buna qədər “PAŞA Sığorta”da çalışıb.