SIĞORTA

26 Fevral

Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortasında irəliləyiş - RENKİNQ

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində 209 min manat sığorta haqqı toplanıb.

Fins.az-ın Azərbaycan Mərkəzi Bankına(AMB) istinadən verdiyi xəbərə görə, heyvanların sığortası üzrə yığımlar ötən ilin eyni ayı ilə müqayisədə 100 min manat artıb.

Cari ilin yanvar ayında bu sığorta növü üzrə şirkətlər 37.1 min manat ödəniş həyata keçiriblər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,8 min manat artıb.

Tuncay Türbəndəzadə