SIĞORTA

24 Fevral

Qarlı havada sığorta hadisəsi yaşayanların NƏZƏRİNƏ

Hava şəraitinin kəskin dəyişməsi nəticəsində əmlakına ziyan dəyən şəxsləri narahat edən məsələlərdən biri də alacaqları sığorta ödənişidir. 

Mövzu ilə bağlı sığorta eksperti İlkin İbrahimovun mövqeyini öyrəndik. 

Ekspert qeyd etdi ki, hazırda davam edən qarlı hava sığorta şirkətləri üçün arzuolunmaz haldır:

"Bu gün daha çox könüllü sığortası olanlar sevinirlər. Çünki daha çox vətəndaşlar öz əmlaklarına, yəni avtomobillərinə və evlərinə dəyən ziyan üçün qayğılanırlar. İcbari (məcburi) sığortası olanlar isə avtomobillərlə bağlı qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Lakin bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa, o zaman yenə də könüllü sığortanın olması arzuolunandır. Əmlak sığortalarında subasma halları ilə bağlı təminat daha çox ehtiyac olacaq sığorta xidmətlərindən olacaq. 

Ümumi olaraq sığorta məhsullarından bu gün üçün yararlanmağın vaxtıdır. Vətəndaşların sığortasının olması onların bu qarlı havanı daha rahat keçirməsinə zəmin yaradır".

Tuncay Türbəndəzadə