SIĞORTA

19 Fevral

“Günay Sığorta” şirkətinin İdarə Heyətinin üzvü “Azerbaijan Woman Awards” mükafatına layiq görülüb

“Günay Sığorta” şirkətinin İdarə Heyətinin üzvü Səidə Fətullazadə il ərzində uğurlu fəaliyyətinə görə "Azerbaijan Woman Awards" mükafatına layiq görülüb.

Qeyd edək ki, “Azerbaijan Woman Awards” mükafatlandırma mərasiminin keçirilməsinin əsas məqsədi cəmiyyətin uğurlu xanımlarını fərqləndirmək, motivasiya vermək və onları daha geniş auditoriyaya təqdim etməkdir. “Azerbaijan Woman Awards” layihəsində namizədlərin seçimi təşkilatı komitə tərəfindən aparılır. Burada əsasən son illər ərzində əldə olunan uğurlar və nailiyyətlər nəzərdə tutulur.

Ö̈lkəmizdə ilk dəfə və fərqli formatda keçiriləcək "Azerbaijan Woman Awards" mükafatlandırma mərasimi beynəlxalq "Business Woman" jurnalının rəsmi tərəfdaşlığı ilə reallaşacaq.