Ötən il icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 68 uşaq üzərində ürək əməliyyatı həyata keçirilib.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ötən il qan dövranı, tənəffüs, endokrin sistemi xəstəlikləri, maddələr mübadiləsi, qidalanma pozğunluqları, sidik-cinsiyyət sistemi xəstəlikləri üzrə müraciətlərin sayı çox olub.
2020-ci ildə icbari tibbi sığortanın tətbiq edildiyi ərazilərdə 35287 cərrahi əməliyyat həyata keçirilib.
Ötən il Şəki-Zaqatala bölgəsi üzrə müraciətlərin sayı çox olub.