SIĞORTA

29 Yanvar

Ən çox ödəniş edən SIĞORTA ŞİRKƏTLƏRİ - TOP 5

2020-ci ildə Azərbaycanda həyata keçirilmiş 465,153 milyon manat sığorta ödənişinin 401,359 milyon manatı və yaxud 86,3%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (222,977 milyon manat), "PAŞA Sığorta" (71,452 milyon manat), "Atəşgah Həyat Sığorta" (55,971 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 33,351 milyon manat), eləcə də “Xalq Sığorta” (17,608 milyon manat) ASC-dir.