SIĞORTA

28 Yanvar

Ən çox yığım edən SIĞORTA ŞİRKƏTLƏRİ - TOP 5

2020-ci ildə Azərbaycanda toplanılmış 728 milyon 634 min manat sığorta haqqının 529 milyon 543 min manatı və yaxud 72,7%-i 5 sığorta şirkətinin payına düşüb.

Həmin şirkətlər "PAŞA Həyat Sığorta" (242 milyon 632 min manat), "PAŞA Sığorta" (163 milyon 453 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 49 milyon 122 min manat), eləcə də “Atəşgah Həyat Sığorta” (41 milyon 498 min manat) və "Qala Sığorta" (32 milyon 838 min manat) ASC-lərdir.