SIĞORTA

28 Yanvar

Sığorta zərflərinin İZAHI - FERMERLƏRİN NƏZƏRİNƏ

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin "Aqrar sığorta haqqında" Qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə" Fərmanın icrası istiqamətində tədbirlər aktiv şəkildə davam etdirilir.

Qeyd etmək istərdim ki, fermer və iş adamları aqrar sığorta vasitəsilə 14 növ bitkini və məhsullarını sığortalamaq imkanı var. Artıq bu ilin yanvar ayından fermer və iş adamları pambıq sahələrinin, portağal sahələrinin, şəkərli çuğundurun və buğda əkinlərinin güzəştli sığortasından yararlana bilərlər.

Belə olan halda hər kəsdə növbəti suallar yaranır:

  1. Bu bitki və məhsullar hansı risklərdən sığortalanacaq?
  2. Sığortalamaq üçün nə qədər sığorta haqqı ödəmək lazımdır?

"Günay Sığorta" şirkətinin Korporativ satış şöbəsinin müdiri vəzifəsini icra edən Cəmşid Mustafayev Fins.az-a sözügedən sualları cavablandırıb.

Adı çəkilən bitki və məhsulların sığortalanması üçün onların məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınır. Sığora haqqı, yəni fermerin güzəştli sığortanı əldə edə bilməsi üçün ödəyəcəyi məbləğ, məhz bu amillərdən asılıdır. Belə ki, hər bir məhsulun sığortası üçün 2 sığorta zərfi təklif olunur. Portağalın və buğda bitkisinin güzəştli sığortası üçün isə əlavə olaraq üçüncü sığorta zərfi də təklif olunur. Sığorta zərfi, bir növ, fermerlərə təklif olunan hazır sığorta paketidir. Təklif olunan sığorta zərfləri əhatə etdiyi risklərə, azadolma məbləğləri və sığorta tariflərinə görə fərqlənirlər.

Məlumat üçün bildirim ki, birinci sığorta zərfi dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına, üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat verir. Birinci sığorta zərfi “baza zərf” hesab edilir. Bu zərf üzrə azadolma məbləği 10%-dir.

İkinci sığorta zərfinə bitki xəstəlikləri və zərərvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat verilir. Bu zərf üzrə azadolma məbləği 30%-dir.

Üçüncü sığorta zərfininin risk təminatı isə hər məhsulun xüsusiyyətinə görə dəyişir. Belə ki, əgər bu sığorta zərfi portağal sığortalayanlar üçün dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat verirsə, buğda əkən fermerlər isə buğdanın gövdə hissəsində yaranan miqdar itkisi üzrə təminat əldə edə bilərlər. Bu zərf üzrə azadolma məbləği 10%-dir.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, sığorta zərfinin seçilməsi fermer və ya sahibkarın şəxsi qərarından asılıdır. Onlar yalnız birinci sığorta zərfi ilə kifayətlənə, və ya əlavə olaraq ikinci və üçüncü zərflər üzrə də sığortalana bilərlər. Yəni baza zərfinı (birinci zərf) seçmədən ikinci və / və ya üçüncü sığorta zərfini seçmək imkanı mövcud deyil.

Sığorta haqqının hesablanmasına gəldikdə isə, misal üçün pambıq sahəsinin hesablanma qaydasını aşağıda göstərirəm.

Qaydalara əsasən pambığın bir hektar üçün məhsuldarlıq norması 1-54,3 sentner arasında, qiymət isə 50-65 manat/sentner arasında müəyyən edilib. Pambıq sahəsinin sığortası üzrə sığorta məbləği bu məlumatlar və əkinin sahəsi nəzərə alınmaqla müəyyən edilir.

Misal: Saatlıda (Aran regionu) əkin sahəsi – 6 hektar, 1 hektar sahədən gözlənilən məhsuldarlıq – 20 sentner, 1 sentner məhsulun bazar qiyməti 60 manat olduqda

Sığorta məbləği = 6 x 20 x 60 = 7200 manat müəyyən edilir.

Sığorta haqqını hesablamaq üçün isə 7200 manat məbləğinə 0,95% (Aran rayonu) sığorta tarifi tətbiq olunur və sığorta haqqı 68,40 AZN təşkil edir.

Sığorta haqqının 50%-i dövlət tərəfindən qarşılandığına görə, fermer 68,40 AZN deyil, onun yarısını, yəni 34,20 AZN ödəməli olacaq.

Üstəlik, əgər birinci il ərzində heç bir hadisə baş verməzsə, növbəti il üçün 5% endirim tətbiq olunacaq. İkinci ildən sonra bu faiz dərəcəsi 10%, üçüncü ildən sonra 15% v.s artacaq.

Daha bir vacib məqamı da qeyd etmək lazımdır ki, 29-dan aşağı olan fermerlər “gənc fermer” güzəştindən istifadə etməklə sığorta haqqını 5% az ödəyəcəklər.

Ətraflı olaraq zərflər üzrə cədvəlləri növbəti səhifələrə əlavə edirəm.

  1. Şəkərli çuğundurun güzəştli sığortası

Portağal

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

8

30

Maksimum

930

60

 

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər;

 · xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Azadolma

10 %

30%

Gəncə-Qazax

2,91%

2%

Aran

0,95%

2%

Quba-Xaçmaz

0,79%

2%

Şəki-Zaqatala

1,93%

2%

Dağlıq Şirvan

1,35%

2%

Lənkəran

0,79%

2%

Abşeron

0,79%

2%

Yuxarı Qarabağ

1,18%

2%

  1. Buğda əkinlərinin güzəştli sığortası

Süfrə

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

5,2

30

Maksimum

167

45

 

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

3-cü sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər; 

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

· gövdə hissəsində yaranan miqdar itkisi üzrə təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

4,03%

2,0%

1,61%

Aran

1,31%

2,0%

0,52%

Quba-Xaçmaz

1,10%

2,0%

0,44%

Şəki-Zaqatala

2,68%

2,0%

1,07%

Dağlıq Şirvan

1,87%

2,0%

0,75%

Lənkəran

1,10%

2,0%

0,44%

Abşeron

1,10%

2,0%

0,44%

Yuxarı Qarabağ

1,63%

2,0%

0,65%

  1. Portağalın güzəştli sığortası

Portağal

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

33,3

80

Maksimum

720

130

 

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

3-cü sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər; 

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

· dolu riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi üzrə təminat

Azadolma

10 %

30%

10%

Gəncə-Qazax

4,28%

2%

1,98%

Aran

2,68%

2%

1,18%

Quba-Xaçmaz

2,42%

2%

1,05%

Şəki-Zaqatala

4,28%

2%

1,98%

Dağlıq Şirvan

3,68%

2%

1,68%

Lənkəran

2,42%

2%

1,05%

Abşeron

2,38%

2%

1,03%

Yuxarı Qarabağ

3,26%

2%

1,47%

  1. Pambıq sahələrinin güzəştli sığortası

Pambıq

Məhsuldarlıq (Sentner/ha)

Qiymət

(AZN/ Sentner)

Minimum

1

50

Maksimum

54,3

65

 

 

1-ci (baza) sığorta zərfi

2-ci sığorta zərfi

İqtisadi rayonlar

· dolu;

· yanğın;

· zəlzələ;

· torpaq sürüşməsi;

· qasırğa;

· fırtına;

· üçüncü şəxslərin hərəkətləri riskləri üzrə təminat

· bitki xəstəlikləri və zərərvericilər; 

· xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu riskləri üzrə təminat

Azadolma

10 %

30%

Gəncə-Qazax

2,91%

2%

Aran

0,95%

2%

Quba-Xaçmaz

0,79%

2%

Şəki-Zaqatala

1,93%

2%

Dağlıq Şirvan

1,35%

2%

Lənkəran

0,79%

2%

Abşeron

0,79%

2%

Yuxarı Qarabağ

1,18%

2%

Tuncay Türbəndəzadə