SIĞORTA

27 Yanvar

Azərbaycanda könüllü sığorta 10%, icbari sığorta isə 1% artıb

2020-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 502,769 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2019-ci illə müqayisədə 10,1% çoxdur.

Ötən il icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 0,6% artaraq 225,865 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 378,741 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 71,45% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,2% azalaraq 86,412 milyon manata düşüb.

Beləliklə, 2020-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 75,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ildə 48,4 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 38,3 manatdan 35,9 manata düşüb.