SIĞORTA

27 Yanvar

Azərbaycanda həyat sığortası 14%, qeyri-həyat sığortası isə 3% artıb

2020-ci ildə Azərbaycanda həyat sığortası növlərinin hesabına 303,744 milyon manat sığorta haqqı toplanılıb.

Bu, 2019-cu illə müqayisədə 13,6% çoxdur.

Ötən il qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 424,89 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 2,7% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 283 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 3,1% artaraq 182,153 milyon manata çatıb.

Beləliklə, 2020-ci ildə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 93,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 42,9 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ildə müvafiq olaraq 46,7 manat və 42,7 manat olub.