Cəmi 6 manat xərcləməklə 1300 manat gəliri qorumaq mümkündür. Təqribi hesablamalara əsasən Azərbaycanda pambıq əkin ilə məşğul olan fermerlər 1 hektar sahədən 1300 manata yaxın gəlir əldə edirlər.
Fins.az Aqrar Sığorta Fondu-na istinadən xəbər verir ki, aqrar sığorta şərtlərinə əsasən Aran regionunda bu dəyərdə məhsul verən pambıq sahəsini sığortalamaq üçün sığorta haqqı 12,4 manat təşkil edir.
Bu vəsaitin 50%-ni dövlət, qalan hissəsini fermer ödəyir. Başqa sözlə, 1300 manat gəlir gətirən pambıq sahəsini əsas risklərdən sığortalamaq fermerə cəmi 6,2 manata başa gələcək.
Eyni gəlirli pambıq sahəsi Yuxarı Qarabağ zonasında yperləşdikdə 1 hektar sahənin sığortalanması üçün sığorta haqqı 15,4 manat təşkil edir.
Bu vəsaitin 50%-ni dövlət, qalan hissəsini fermer ödəyir. Başqa sözlə, 1300 manat gəlir gətirən pambıq sahəsini əsas risklərdən sığortalamaq fermerə cəmi 7,7 manata başa gələcək.