SIĞORTA

19 Yanvar

Türkiyədə sığorta haqları 10% endirildi

Türkiyədə "İcbari zəlzələ sığortası" növü üzrə tariflər 10% endirildi.

Türkiyənin Sığorta Tənzimlənməsi və Nəzarət Qurumu(SDDK) bununla bağlı 19 yanvar 2021-ci il tarixdə müvafiq qərar imzalayıb. Bu barədə "Siqortaci.az" məlumat yayıb. 

Türkiyənin "Resmi Gazete" qəzetində yayımlanan qərara əsasən, 1 yanvar-31 dekabr 2021-ci il tarixlərində "İcbari zəlzələ sığortası" növü üzrə bağlanan  müqavilələrdə sığorta haqları 10% endirilir.

Qurumun daha bir qərarına görə isə, "İcbari zəlzələ sığortası" növü üzrə təminat məbləği də 240 min lirədən(54.6 min manat) 268 min lirəyə(61 min manat) qədər yüksəldilib.