SIĞORTA

18 Yanvar

“Atəşgah” sığorta şirkəti aksiyanın müddətini uzatdı

Pandemiya dövrünün davam etməsini və müştərilərin çoxsaylı istəklərini nəzərə alaraq “Atəşgah” Sığorta Şirkəti, “Sphera Healthcare AZ” şirkəti ilə birgə təşkil etdiyi aksiyanın müddətini uzatdı

Bu baradə “Atəşgah” Sığorta Şirkəti bildirib. 

30.06.2021-ci il tarixinədək “Salam Doktor” layihəsi çərçivəsində Siz, övladlarınızın sağlamlığı barədə həkim-pediatrlardan, öz sağlamlığınız barədə isə həkim-terapevtlərdən və psixoloqlardan evdən çıxmadan ödənişsiz audio və ya video məsləhət almaq imkanını əldə edəcəksiniz.

Həkimlər tərəfindən təyin edilən dərman preparatlarının Bakı şəhəri üzrə ünvana çatdırılması mövcuddur!