SIĞORTA

08 Yanvar

“A-Qrup Sığorta"nın səhmdarlarının yığıncağı keçiriləcək

Bakı, 8 yanvar Fins.az

Fevralın 19-da, saat 12:00-da “A-Qrup Sığorta" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yığıncaq şirkətin Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 87A ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "A-Qrup Sığorta"nın illik maliyyə hesabatlarının müzakirə edilməsi daxildir.