SIĞORTA

29 Dekabr

Mərkəzi Bank bu il sığorta sektorunda baş verənləri AÇIQLADI

Bakı 29 dekabr Fins.az

“Yaranmış qeyri-müәyyәn şәraitә vә iqtisadiyyatda resessiyaya baxmayaraq sığorta sektorunda ilin әvvәlindәn başlanmış artım davam edir. Ötәn ilin müvafiq dövrünә nәzәrәn 11 ayda sığorta haqları 9% artıb”.

Fins.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.

Sığorta haqları könüllü hәyat sığortasında 14%, könüllü qeyri-hәyat sığortasında 7%, icbari sığorta növlәrindә isә bütövlükdә 4% artıb.

Qeyd olunub ki, sığorta sektorunun aktivlәrindә ciddi azalma müşahidә edilmәyib. Hazırda sektorun kapital mövqeyi onun yüksәk ödәmә qabiliyyәtini tәmin edir. Dövr әrzindә mәcmu kapitalı mәqbul sәviyyәdә olmayan 3 sığorta şirkәti mövcud qanunvericilik çәrçivәsindә görülәn nәzarәt tәdbirlәri nәticәsindә sektordan kәnarlaşdırılıb.

Sığortaçıların istehlakçılara münasibәtdә bazar davranışları ciddi nәzarәtdә saxlanılıb. Sığorta qanunvericiliyinin tәkmillәşdirilmәsi, onun qabaqcıl beynәlxalq sığorta tәcrübәlәrinә uyğunlaşdırılması, sığorta fәaliyyәtinin rәqәmsallaşdırılması, peşәkar kadrların hazırlığı, sığorta istehlakçılarının maariflәndirilmәsi istiqamәtindә tәdbirlәr hәyata keçirilib.