SIĞORTA

23 Dekabr

Sığorta şirkətlərlə müqavilə bağlandı

Bakı 23 dekabr Fins.az

“Sosial iş yerlərində işçilərin əmək haqqının  müəyyən bir müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır”.

Fins.az xəbər verir ki, bunu 10-cu Beynəlxalq “Caspian Energy Investment” Forum və 5-ci Beynəlxalq “Caspian Business Award 2020” mükafatının təqdimetmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib.

Nazir müavini əlavə edib ki, bir istiqamət də proaktiv xidmətlərin göstərilməsi olacaq: “Çünki bir çox hallarda biz görürük ki, daha çox son vaxtlar proaktiv xidmətlər müsbət qarşılanır. Gələcək üçün biznes sektorlarla əsas əməkdaşlıq sahələrimiz bunlar olmalıdır. Sosial iş yerlərində işçilərin əmək haqqının  müəyyən bir müddətə sığortaedənlərlə birlikdə maliyyələşməsi də yeni proqramdır. Bu il ərzində təqribən 35 şirkətlə müqavilə bağlamışıq. Düşünürük ki, 2021-ci il ərzində təxminən 400 nəfər işçinin maliyyələşməsinə imkan yarada bilərik”.