SIĞORTA

14 Dekabr

Sığortalanmış bitkilərə ödəniş necə həyata keçirilir?

Bakı 14 dekabr Fins.az

Qaydalara əsasən, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi nəticəsində bağlanılan müqavilələrdə 7 gün şərtsiz gözləmə müddəti müəyyən olunur.

Fins.az xəbər verir ki, aqrar sığorta ilə sığortalanmış bitkilərə sığorta hadisəsi nəticəsində zərər dəyərsə, sığortalı 24 saat ərzində hadisə barədə vasitəçi aqrar sığortaçıya və ya idarəedici quruma, eyni zamanda qanunvericiliyə uyğun olaraq, həmin hadisə barədə məlumatlandırılmalı olan digər səlahiyyətli dövlət orqanlarına məlumat verməlidir.

Sığorta hadisəsi zamanı dəymiş zərərin araşdırılması və qiymətləndirilməsi üçün müstəqil ekspert cəlb olunur. Müstəqil ekspert tərəfindən təqdim olunan rəy və fotoşəkillər əsasında ödəniş və ya imtina edilir.