SIĞORTA

14 Dekabr

Kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalayan ŞİRKƏTLƏR

Bakı 14 dekabr Fins.az

Fermerlər və təsərrüfat sahibləri onlara məxsus olan kənd təsərrüfatı bitkilərini və əkin sahələrini sığortalamaq üçün yaşadıqları bölgələrdə fəaliyyət göstərən və Aqrar sığorta sisteminə daxil olan vasitəçi sığorta şirkətlərinə müraciət etməlidirlər.

Bunlar - «Paşa Sığorta» ASC, «Qala Sığorta» ASC, «Meqa Sığorta» ASC, «Azərbaycan Sənaye Sığorta» ASC, «Xalq Sığorta» ASC, «AZSIĞORTA» ASC, «Bakı Sığorta» ASC şirkətləridir.

Fermerin müraciəti və təqdim etdiyi sənədlər idarəedici quruma – «Aqrar Sığorta Müştərək Sığorta Şirkəti» ASC-yə yönəldilir. İdarəedici qurumun məsul əməkdaşı ona təqdim edilmiş sənədlər və məlumatları araşdırır. Bu məlumatlar əsasında müqavilənin bağlanmasına ilkin razılıq verdiyi halda müstəqil eskpert tərəfindən sığorta predmetinə, yəni əkin sahəsinə baxış keçirilir.

Müstəqil ekspert baxışın nəticələri ilə bağlı öz rəyini İdarəedici quruma təqdim edir. Şirkətin məsul əməkdaşı göndərilmiş məlumat və sənədləri təhlil edərək sığorta müqaviləsinin bağlanılıb-bağlanılmaması barədə qərar qəbul edir.